“Hamamda əlimə ovuc dolusu saç gəldi”

"Hamamda əlimə ovuc dolusu saç gəldi"


Aktrisa, aparıcı Cada Pinkett-Smit sosial media hesabında illərdir mübarizə apardığı alopesiya xəstəliyindən (saçın pataloji tökülməsi) danışıb.

Axşam.az xəbər verir ki, aktrisa davamlı olaraq beyin əməliyyatı keçirməsi və ya digər səbəblərdən gələn sualların bir daha verilməməsi üçün bu açıqlamanı etdiyini bildirib.  

“İndi buna yalnız gülə bilirəm. Hər şey bir gündə qəfildən baş verdi. Alopesiya ilə mübarizə aparıram. Bunu gizlətmək mənim üçün çətin olacaq deyə bu videonu sizinlə paylaşıram. Saçlarım davamlı və topa şəklində düşdüyü üçün bütün başımı keçəl etdim.

Çox qorxulu idi. Bir gün hamamda əlimə ovuc dolusu saç gəldi. Həyatımda qorxudan titrədiyim anlardan birini yaşadım. Bir müddət qısa saç düzümündən istifadə etsəm də bu kömək etmədi və budur keçələm”.

Qeyd edək ki, Cada məşhur Hollivud ulduzu Uill Smitlə 24 ildir ailəlidir.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140564

Comments are closed, but trackbacks and pingbacks are open.