Heydər Əliyev Fondu jurnalist Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti nəzarətə götürüb.

Bu barədə “Report”a onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.

O qeyd edib ki, E.Əşrəfoğlunun müalicəsi Yeni Klinikada davam edəcək.

Xatırladaq ki, koma vəziyyətində olan jurnalist hazırda “Yeni Klinika”da EKMO aparatına qoşulub. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib.





Mənbə: https://report.az/sehiyye-xeberler/heyder-eliyev-fondu-jurnalist-elnur-esrefoglunun-mualicesini-nezarete-goturub/

Comments are closed, but trackbacks and pingbacks are open.