Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb



Hikmət Haciyev Iranin Azərbaycandaki səfiri ilə gorusub

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

“Report”un məlumatına görə, Hikmət Hacıyev görüşlə bağlı tviter səhifəsində paylaşım edib.

“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, deyə Prezidentin köməkçisi vurğulayıb.





Mənbə: https://report.az/xarici-siyaset/azerbaycan-prezidentinin-komekcisi-iran-sefiri-ile-gorusub/

Comments are closed, but trackbacks and pingbacks are open.