Hindistan Rusiya və ABŞ-la imzalanan hərbi müqaviləyə yenidən baxacaq

Hindistan Rusiya və ABŞ-la imzalanan hərbi müqaviləyə yenidən baxacaq



Hindistan Rusiya və ABS la imzalanan hərbi muqaviləyə yenidən

Hindistanın Müdafiə Nazirliyi Amerikanın “Boeing P-8 Poseidon” kəşfiyyat təyyarələri daxil olmaqla bir sıra xarici müdafiə müqavilələrini yenidən nəzərdən keçirməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Republic World” öz mənbələrinə istinadən məlumat yayıb.

“Müdafiə Nazirliyi tamamilə xarici təchizatçılardan alınan “Buy Qlobal” kateqoriyasında idxal sövdələşmələrini nəzərdən keçirməyə başlayıb. Qurum bağlanan və təxirə salınan bir sıra hərbi müqavilələrin siyahısını hazırlayıb və onların hindistanlı təchizatçıların və ya tərtibatçıların xeyrinə bağlanıb-bağlanamayacağını müzakirə edir.

Bu siyahıya idxal olunan məhsullar arasında qısa mənzilli hava hücumundan müdafiə sistemləri, yedəkli artilleriya qurğuları, yer-hava raketləri, gəmidə uçan pilotsuz uçuş sistemləri, “Boeing P-8 Poseidon” kəşfiyyat və MiQ-29 döyüş təyyarələri daxildir”,-məlumatda deyilir.

Həmçinin cümə günü keçirilən görüş zamanı Hindistan Müdafiə Nazirliyi qısa mənzilli yer-hava raketləri və 14 helikopterin idxalı ilə bağlı müqaviləni ləğv edib. Eyni zamanda, Müdafiə Nazirliyi qoşunlara Fransadan “hava-yer” tipli raketlərin alınması və Rusiya helikopterlərinin əsaslı təmiri ilə bağlı müqavilə bağlamağa icazə verib.





Mənbə: https://report.az/diger-olkeler/hindistan-rusiya-ve-abs-la-imzalanan-herbi-muqavileye-yeniden-baxacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.