Hindistan və Pakistan nüvə obyektləri və məhbusların siyahısını mübadilə ediblər

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Hindistan və Pakistan iki ölkənin nüvə obyektləri və məhbuslarının siyahısını mübadilə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, nüvə obyektlərinin siyahısının mübadiləsi onlara hücumların qarşısını almaq üçün 1988-ci il müqaviləsinə uyğun olaraq həyata keçirilib. Bu da regionda təhlükəsizliyin qorunmasında ən mühüm tədbirlərdən biri hesab olunur. Belə sənədlərin ilk mübadiləsi 1992-ci il yanvarın 1-də baş tutub.

Məhbusların mübadiləsi isə 2008-ci il razılaşmasına uyğun olaraq həyata keçirilib.





Mənbə: https://report.az/diger-olkeler/hindistan-ve-pakistan-nuve-obyektleri-ve-mehbuslarin-siyahisini-mubadile-edibler/

Comments are closed, but trackbacks and pingbacks are open.