Mədəniyyət

Hindistana 14 ölkə COVID-19-la mübarizə üçün yardım edib


Hindistan aprelin sonundan etibarən koronavirusla mübarizə üçün xaricdən 17 tibbi avadanlıq və dərman tədarükü alıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, COVID-19-a yoluxmaların kəskin artması şəraitində 14 dövlət Hindistana göstərilən yardımda iştirak edib.

Yardıma oksigen konsentratorları, tibbi oksigen silindrləri, ağciyərlərin süni ventilyasiya aparatları, antiviral dərmanlar, koronavirus ekspres testləri, nəbz oksimetrləri və fərdi qoruyucu vasitələr daxildir.

Hindistana yardım göstərmiş ölkələr arasında ABŞ, Böyük Britaniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, İrlandiya, Tayland, Almaniya, Fransa, Özbəkistan və digər ölkələr var.

Hindistan xaricdən tibbi yardımı ölkəyə gətirmək üçün hərbi nəqliyyat təyyarələrindən və donanmanın yeddi gəmisindən istifadə edir.

Hindistan Səhiyyə Nazirliyi çərşənbə axşamı məlumat verib ki, pandemiya başlayandan bəri ölkədə koronavirusa yoluxanların sayı 20 milyonu keçib.




Mənbə: https://report.az/diger-olkeler/hindistana-14-olke-covid-19-la-mubarize-ucun-yardim-edib/

Related Articles

Back to top button