Hindistanda 70 nəfərdən çox insan daşatma festivalında xəsarət alıb

Əfqanıstanda avtobusa hücum olub, 4 nəfər ölüb, 4-ü yaralanıb



fqanistanda avtobusa hucum olub 4 nəfər olub 4 u yaralanib

Hindistanda hər il keçirilən “Bagwal” adlı daşatma festivalında azı 75 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Times of India” nəşri məlumat yayıb.

“Bədrlənmiş ay” gününə həsr olunmuş festival hər il Uttarakhand ştatının Devidhura məbədi ərazisində keçirilir. Bayram zamanı iştirakçılar tanrının rəğbətini qazanmaq üçün bir-birlərinə daş atırlar.

2013-cü ildə ştat məhkəməsi daşın meyvə və güllərlə əvəz edilməsi haqqında qərar qəbul etsə də, möminlər tanrıya “qanlı qurban” verilməməsinin bədbəxtliklərə səbəb olacağını iddia edərək bundan imtina ediblər.





Mənbə: https://report.az/diger-olkeler/hindistanda-70-neferden-cox-insan-dasatma-festivalinda-xesaret-alib/

Comments are closed, but trackbacks and pingbacks are open.