Hindistanda koronavirusa yoluxanların sayı 29 milyonu ötüb

ÜST-dən pandemiyanın ikinci ili ilə bağlı təhlükəli xəbərdarlıq



UST dən pandemiyanin ikinci ili ilə bagli təhlukəli

Hindistanda son sutka ərzində COVID-19 infeksiyasına 91 227 yeni yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Hindistanda virusa yoluxma hallarının sayı 29 088 176-ya çatıb.

Son 24 saatda ölkədə koronavirusdan 2 213 insan ölüb və ölənlərin sayı 353 557-yə çatıb.

COVID-19-a yoluxan 27,4 milyondan çox insan sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.





Mənbə: https://report.az/diger-olkeler/hindistanda-koronavirusa-yoluxanlarin-sayi-29-milyonu-otub/

Comments are closed, but trackbacks and pingbacks are open.