Hindistanda məbəddə izdiham nəticəsində azı 12 nəfər ölüb

Hindistanda məbəddə izdiham nəticəsində azı 12 nəfər ölüb



Hindistanda məbəddə izdiham nəticəsində azi 12 nəfər olub

Hindistanın Cammu və Kəşmir əyalətində məbədin dağılması nəticəsində azı 12 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü ANI xəbər agentliyi ölkənin müdafiə naziri Racnatx Sinqxə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə gecə saatlarında Vayşno-devi mağara məbədində baş verib. Qəza zəvvarlar arasında mübahisə nəticəsində yaranıb.

Agentlik qeyd edib ki, Hindistanın baş naziri Narendra Modi həlak olanların yaxınlarına 200 min hind rupisi (2,7 min ABŞ dolları), yaralılara isə 50 min rupi (670 ABŞ dolları) məbləğində təzminat ödəyəcəyini açıqlayıb.





Mənbə: https://report.az/diger-olkeler/hindistanda-mebedde-izdiham-neticesinde-azi-12-nefer-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.