Hindistanda “MiQ-21” qəzaya uğrayıb, ölən var

Hindistanda "MiQ-21" qəzaya uğrayıb, ölən var



Hindistanda MiQ 21 qəzaya ugrayib olən var

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri tviter səhifəsində yazıb.

Hadisə “MiQ-21” təyyarəsinin təlim uçuşu zamanı baş verib.

Qəza Hindistan-Pakistan sərhədinə yaxın Racastan ştatında qeydə alınıb. Təyyarənin pilotu hadisə nəticəsində həlak olub.

Qeyd edək ki, bu, 2021-ci il ərzində Hindistanda “MiQ-21″in iştirakı ilə baş verən beşinci qəzadır.





Mənbə: https://report.az/diger-olkeler/hindistanda-miq-21-telim-ucusu-zamani-qezaya-ugrayib-olen-var/

Comments are closed, but trackbacks and pingbacks are open.