Hövsan yolunda iki avtomobil toqquşub, xəsarət alan var

Hövsan yolunda iki avtomobil toqquşub, xəsarət alan var



Lənkəranda iki avtomobil toqqusdu xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan yolunda iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Vəliyev Asim Nazim oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və döş qəfəsinin əzilməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/hovsan-yolunda-iki-avtomobil-toqqusub-xesaret-alan-var/

Comments are closed, but trackbacks and pingbacks are open.