Hulusi Akar: “Türkiyə-Azərbaycan birgə təlimləri bölgədə sabitliyə yönəlib”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Türkiyə-Azərbaycan birgə təlimləri bölgədə sabitliyə yönəlib”.

“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə deyib.

Hulusi Akar birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib.

İkitərəfli hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən H.Akar bu təlimlərin hərbçilərimizin təcrübə qazanması üçün çox vacib olduğunu, iki ölkə arasındakı hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.





Mənbə: https://report.az/herbi-xeberler/hulusi-akar-turkiye-azerbaycan-birge-telimleri-bolgede-sabitliye-yonelib/

Comments are closed, but trackbacks and pingbacks are open.