İƏT-in hesabatı BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndəriləcək

İƏT-in hesabatı BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndəriləcək



IƏT in hesabati BMT yə və beynəlxalq insan huquqlari ilə məsgul olan

“Biz Ağdama, Tərtərə, Şuşaya və ətraf rayonlara səfər edəcəyik. Səfərdən sonra ermənilərin, xüsusilə erməni rəsmilərinin tarixi miras üzərində həyata keçirdiyi təxribatları görəcəyik”.

“Report”un xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilər azad olunmuş ərazilərin böyük bir hissəni minalayıblar: “Amma təəssüflər olsun ki, onlar mina xəritələrini Azərbaycana verməyiblər. Biz xüsusilə mina xəritələrinin verilməsi, həmin ərazilərdə insanların həlak olmaması üçün çalışacağıq. Ümid edirik ki, İƏT-in bu hesabatı hazır olduqda təsiri olacaq. Bu hesabatı da BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndərəcəyik.





Mənbə: https://report.az/daxili-siyaset/iet-in-hesabati-bmt-ye-ve-beynelxalq-insan-huquqlari-ile-mesgul-olan-qurumlara-gonderilecek/

Comments are closed, but trackbacks and pingbacks are open.