İƏT Ombudsmanlar Assosiasiyası nümayəndələri azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya üçün ölkəmizə gəlib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Azərbaycan Ombudsmanının dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib.

Bu barədə “Report”a Ombudsman Aparatından bildirilib.

Ombudsman xanım Səbinə Əliyeva qonaqları qarşılayaraq, səfərin önəmi barədə söz açıb və nümayəndə heyətinə öz təşəkkürünü bildirib.

Sentyabrın 14-19-nu əhatə edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. Səfərin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.





Mənbə: https://report.az/xarici-siyaset/iet-ombudsmanlar-assosiasiyasinin-numayende-heyeti-azerbaycana-sefere-gelib/

Comments are closed, but trackbacks and pingbacks are open.