“İçəndə ona olan sevgimi hamıya danışıram”

"İçəndə ona olan sevgimi hamıya danışıram"


“Misafir” serialında rol alan aktrisa Hazal Kaya “İbrahim Selim ile bir gece” proqramında qonaq olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa şəxsi həyatı barədə danışıb. O, aktyor həyat yoldaşı Ali Ataya qarşı olan sevgisindən söhbət açıb:

“Çox aşiqəm. Bir az içəndə ona olan sevgimi hamıya danışmağa borclu kimi hiss edirəm. Ali belə şeylərə görə dəhşət utanır”.

Kaya oğlu Fikrət doğulduqdan sonra həyatında çox şeyin dəyişdiyini və özünü daha cəsarətli hiss etdiyini deyib. Sənətçi qısqanc olduğunu da qeyd edib.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=139271

Comments are closed, but trackbacks and pingbacks are open.