II İliya Azərbaycan Prezidentini təbrik edib

II İliya Azərbaycan Prezidentini təbrik edib



II Iliya Azərbaycan Prezidentini təbrik edib

Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, cənab Prezident,

Sizi 60 illik yubileyiniz və yeni yaşınıza qədəm qoymağınız münasibətilə ürəkdən təbrik edirəm.

Fəaliyyətiniz dövründə əldə olunan uğurların Azərbaycanı Qafqazın inkişaf etmiş ölkəsinə çevirməsi hamıya məlumdur.

Uca Yaradanın köməyi ilə Yeni il Sizin və ölkəniz üçün yeni xeyirxah əməllər və təşəbbüslər ili olsun.

Ailənizə və xalqınıza ən xoş arzularımızı çatdırırıq”.





Mənbə: https://report.az/region-xeberleri/ii-iliya-azerbaycan-prezidentini-tebrik-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.