“İkinci dəfə ailə qurmağı özümə rəva bilmirəm”

"İkinci dəfə ailə qurmağı özümə rəva bilmirəm"


“Sənət aləmində ailəni qoruyub saxlamaq çox çətindir. Qınaq obyektinə çevrilirsən. İzləyicinin, tamaşaçının fikirləri psixoloji təsir edir”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev “Səhər mərkəzi” verilişində deyib. Elvin sənət adamlarının evlənib, tez ayrılmaları haqda danışıb:

“Başqaları kimi gündə evlənib boşanmağa ehtiyacım yoxdur. Manyak deyilik ki, hər gün evlənək-boşanaq. Deyirlər, kişiyə nə var? Elə şey yoxdur. Hamının hüququ eynidir. “Gündə evlənib boşanıram” ifadəsi çirkindir.

İnsanıq, hər şey ola bilər. Amma hər zaman deyirəm, nə vaxtsa olsa, ikinci dəfə ailə qurmağı özümə rəva bilmərəm. Əsas ailənin başının üstündə dayan, uşaqlarının yanında ol. Sənətinə də davam et”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140000

Comments are closed, but trackbacks and pingbacks are open.