İlham Əliyev: “Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur”

Bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib - SİYAHI



Ilham Əliyev Azərbaycan qalib olkə olaraq Ermənistan ilə munasibətlərin normallasdirilmasina

“Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.

“Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”, – dövlət başçısı bildirib.

Bölgədəki vəziyyətə toxunan Prezident İlham Əliyev bunun nisbətən sabit olduğunu vurğulayıb: “Təəssüf ki, Ermənistan revanş cəhdlərinin qarşısını almayıb. Onlar üçün İkinci Qarabağ müharibəsində məğlubiyyət çox ağrılı, demək olar, 30 ildir ordunun məğlubedilməzliyi, onun əsgər və komandirlərinin gücünü, cəsarətini təbliğ edən ideoloji əsas və təbliğatı üçün sarsıdıcı olub. 44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edilib”.





Mənbə: https://report.az/qarabag/ilham-eliyev-qarabagin-statusu-barede-her-hansi-muzakireye-donus-yoxdur/

Comments are closed, but trackbacks and pingbacks are open.