İlham Əliyev: “Şuşa əməliyyatı artıq bir dastana çevrilib”

İlham Əliyev: "Şuşa əməliyyatı artıq bir dastana çevrilib"



Ilham Əliyev Susa əməliyyati artiq bir dastana cevrilib

“Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib”.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışındakı çıxışında söyləyib.

“Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları inana bilmirlər ki, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər”, – deyə dövlətimizin başçısı vurğulayıb.





Mənbə: https://report.az/daxili-siyaset/prezident-ilham-eliyev-susa-emeliyyati-artiq-bir-dastana-cevrilib/

Comments are closed, but trackbacks and pingbacks are open.