İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar



Azərbaycan Prezidenti Zəngilanin Agali kəndində həyata kecirilən islərlə tanis olub

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.

“Report” xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.





Mənbə: https://report.az/qarabag/ilham-eliyev-ve-mehriban-eliyeva-zengilan-rayonunda-seferde-olublar/

Comments are closed, but trackbacks and pingbacks are open.