IMF gələn il üçün iqtisadi artım proqnozunu yüksəldib

IMF gələn il üçün iqtisadi artım proqnozunu yüksəldib



IMF gələn il ucun iqtisadi artim proqnozunu yuksəldib

Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci ildə qlobal ümumu daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu 4,4%-dən 4,9%-ə yüksəldib.

Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Fondun dünya iqtisadiyyatının inkişaf perspektivləri haqqında yenilənmiş hesabatında bildirilir.

IMF 2021-ci ildə qlobal ÜDM-in artımı ilə bağlı proqnozunu isə dəyişməyib və 6% saxlayıb.

Bununla belə, proqnoza bəzi düzəlişlər edilib. Xüsusilə də Asiyanın bazarı formalaşan və inkişaf etməkdə olan ölkələrinin bu il üçün perspektivləri aşağı salınıb. İnkişaf etmiş iqtisadiyyatlar üçün isə proqnoz yaxşılaşdırılıb.

IMF-in ekspertləri ABŞ-ın ÜDM-nin bu il 7% (6,4% əvəzinə), gələn il isə 4,9% (3,5% əvəzinə) artacağını proqnozlaşdırırlar.





Mənbə: https://report.az/maliyye-xeberleri/imf-gelen-il-ucun-iqtisadi-artim-proqnozunu-yukseldib/

Comments are closed, but trackbacks and pingbacks are open.