İmişlidə avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib

İmişlidə avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib



Imislidə avtomobil gənc oglani vuraraq agir xəsarət yetirib

İmişlidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Camalzadə Xəvri İkram oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı yaralıya sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/imislide-avtomobil-genc-oglani-vuraraq-agir-xesaret-yetirib/

Comments are closed, but trackbacks and pingbacks are open.