İngiltərə millisi ilə dünya çempionu olmuş futbolçu vəfat edib

İngiltərə millisi ilə dünya çempionu olmuş futbolçu vəfat edib



Ingiltərə millisi ilə dunya cempionu olmus futbolcu vəfat edib

İngiltərə millisinin və “Liverpul”un sabiq futbolçusu Rocer Hant dünyasını dəyişib.

“Report” Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş forvard 83 yaşında vəfat edib.

Hant 1958 – 1969-cu illərdə “Liverpul”un formasını geyinib. İki dəfə ölkə çempionu olmuş oyunçu 1966-cı il dünya çempionatının qalibi olub.

Qeyd edək ki, DÇ-1966-nın finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.





Mənbə: https://report.az/futbol-xeberleri/ingiltere-millisi-ile-dunya-cempionu-olan-futbolcu-vefat-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.