İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadılıb



Ingiltərə millisinin bas məsqcisi ilə muqavilə uzadilib

Qaret Sautgeyt futbol üzrə İngiltərə milli komandası ilə müqavilə müddətini 2024-cü ilin dekabrınadək uzadıb.

“Report”un İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, 51 yaşlı mütəxəssislə bərabər köməkçisi Stiv Hollandla da yeni sözləşmə imzalanıb.

Sautgeyt 2016-cı ildən rəhbərlik etdiyi yığmanı DÇ-2018-in yarımfinalına və AVRO-2020-nin finalına çıxarıb. 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində isə İngiltərə millisi qrup lideri kimi mundiala vəsiqə qazanıb.





Mənbə: https://report.az/futbol-xeberleri/ingiltere-millisinin-bas-mesqcisi-ile-muqavile-uzadilib/

Comments are closed, but trackbacks and pingbacks are open.