“İnter” milli komandanın futbolçusu ilə müqaviləni uzadıb

"İnter" milli komandanın futbolçusu ilə müqaviləni uzadıb



Inter milli komandanin futbolcusu ilə muqaviləni uzadib.jfif

İtaliya “İnter”i futbolçusu Federiko Dimarko ilə yeni müqavilə imzalayıb.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, 24 yaşlı sol cinah müdafiəçisinin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb.

Qeyd edək ki, cari mövsüm Milan təmsilçisinin heyətində 24 oyun keçirən İtaliya millisinin üzvü 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun transfer dəyəri 13 milyon avrodur.





Mənbə: https://report.az/futbol-xeberleri/inter-milli-komandanin-futbolcusu-ile-muqavileni-uzadib/

Comments are closed, but trackbacks and pingbacks are open.