İrakli Qaribaşvili: “Batumidə xilasetmə işlərində 300-ə yaxın xilasedici iştirak edir”

İrakli Qaribaşvili: “Batumidə xilasetmə işlərində 300-ə yaxın xilasedici iştirak edir”



Irakli Qaribasvili Batumidə xilasetmə islərində 300 ə yaxin xilasedici istirak edir

“Batumidə həyata keçirilən xilasetmə işlərində 300-ə yaxın xilasedici iştirak edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Batumidə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dağıntılar altında 15-ə yaxın insan qalıb və onların çıxarılması istiqamətində intensiv xilasetmə işləri aparılır: “Çox kədərli və faciəvi hadisə baş verib. Xilasedicilərimiz ərazini tez bir zamanda təmizləmək və insanlara kömək etmək üçün əllərindən gələni edirlər”.

İ.Qaribaşvili hadisənin başvermə səbəbləri ilə bağlı versiyalar barədə danışmayıb. O qeyd edib ki, faktla bağlı aparılan istintaqın nəticələrini gözləmək lazımdır.





Mənbə: https://report.az/region-xeberleri/irakli-qaribasvili-batumide-xilasetme-islerinde-300-e-yaxin-xilasedici-istirak-edir/

Comments are closed, but trackbacks and pingbacks are open.