İran MAQATE müfəttişlərini nüvə obyektinə buraxmayıb

İran MAQATE müfəttişlərini nüvə obyektinə buraxmayıb



Iran MAQATE mufəttislərini nuvə obyektinə

“İran əvvəlcədən əldə edilmiş razılaşmalara baxmayaraq, agentlik müfəttişlərinin müşahidə kameralarını yoxlamaq üçün Kərəc şəhərində yerləşən obyektinə girməsinə icazə verməyib”.

“Report” xəbər verir ki, bu barədə MAQATE məlumat yayıb.

“Baş direktor Rafael Qrassi vurğulayır ki, rəsmi Tehranın agentliyin işçilərinə Kərəcdəki istehsal müəssisəsinə giriş verməmək qərarı İranın vitse -prezidenti, Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə baş direktorun 12 sentyabrda yaydığı birgə bəyanatın şərtlərinə ziddir”-məlumatda vurğulanır.

Qeyd edək ki, 12 sentyabr bəyanatına əsasən İran MAQATE müfəttişlərinə nüvə obyektlərində olan müşahidə kameralarını təkrar istifadəsinə icazə verəcəkdi.





Mənbə: https://report.az/region-xeberleri/iran-maqate-mufettislerini-nuve-obyektine-buraxmayib/

Comments are closed, but trackbacks and pingbacks are open.