İranlı diplomat: “Qarabağ münaqişəsinin başa çatması regionda iqtisadi əməkdaşlığa təkan verəcək”

İranlı diplomat: "Qarabağ münaqişəsinin başa çatması regionda iqtisadi əməkdaşlığa təkan verəcək"



Iranli diplomat Qarabag munaqisəsinin basa catmasi regionda iqtisadi əməkdasliga təkan

“İran, Azərbaycan, Rusiya Şimal – Cənub dəhlizinin təməlini qoyaraq çox mühüm iş görüblər”.

Bunu “Report”a İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

Səfirin fikrincə, hazırda üç ölkə arasındakı əməkdaşlıq uğurla inkişaf edir: “Ölkələrimiz arasındakı birgə fəaliyyətlər mütləq lazımi nəticə verəcək. Hazırda məsələn, dəmir yolları və avtomobil yolları sahəsində əməkdaşlığımızı genişləndiririk. Ümidvarıq ki, Rəşt – Astara dəmir yolunun tikintisini yaxın vaxtlarda başa çatdıra bilərik”.

Diplomat həmçinin Qarabağ münaqişəsinin sona çatması ilə qonşu ölkələr arasında iqtisadi əməkdaşlığın daha da genişlənəcəyinə inandığını da dilə gətirib.





Mənbə: https://report.az/region-xeberleri/iranli-diplomat-qarabag-munaqisesinin-basa-catmasi-regionda-iqtisadi-emekdasliga-tekan-verecek/

Comments are closed, but trackbacks and pingbacks are open.