İrem ölümdən döndü

İrem ölümdən döndü


Türkiyəli aktrisa İrem Helvacıoğlu karyerasının ilk aylarında başına gələn hadisəni danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəber verir ki, aktrisa çəkiliş zamanı baş verənlərə görə ölümdən qayıtdığını bildirib. İrem həmin anları belə ifadə edib:

“Bir səhnədə mənə iynə vurulmalı idi. Heyət saxta iynə tapa bilməmişdi. Onun əvəzində isə içində çay olan gerçək iynədən istifadə etdilər. Tərəf müqabilim onu qoluma vururmuş kimi etməli idi. Amma gödəkcənin yerinə iynə dərimə girdi və çayın hamısı qoluma vuruldu. Birdən qolum şişdi, xəstəxanaya getdik. Həkimlər dedi ki, iynə bir az da dərinə girsəydi ölə bilərdim”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136651

Comments are closed, but trackbacks and pingbacks are open.