İrlandiya millisi Bakı Olimpiya Stadionunda məşqə çıxıb

İrlandiya millisi Bakı Olimpiya Stadionunda məşqə çıxıb



Irlandiya millisi Baki Olimpiya Stadionunda məsqə

Futbol üzrə İrlandiya yığması Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunu öncəsi sonuncu məşqə çıxıb.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Yüksək qızdırma səbəbindən təcrid olunan futbolçular – Adam İda və Ceyson Nayt da məşqdə iştirak ediblər.

Qeyd edək ki, oktyabrın 9-da BOS-da oynanılacaq Azərbaycan – İrlandiya matçı saat 20:00-da start götürəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/irlandiya-millisi-baki-olimpiya-stadionunda-mesqe-cixib/

Comments are closed, but trackbacks and pingbacks are open.