İrlandiya millisinin iki futbolçusu Bakıda xəstəlikləri səbəbindən təcrid olunub

İrlandiya millisinin iki futbolçusu Bakıda xəstəlikləri səbəbindən təcrid olunub



Irlandiya millisinin iki futbolcusu Bakida xəstəlikləri səbəbindən təcrid olunub

İrlandiya yığmasının iki futbolçusu Adam İda və Ceyson Nayt Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununu buraxa bilər.

“Report”un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stiven Kenni “otbsports.com” saytına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, oyunçuların qızdırma səbəbindən sabahkı matçda iştirakı sual altına düşüb. Kenninin sözlərinə görə, onlardan götürülmüş koronavirus testinin nəticəsi mənfi çıxıb: “Yəqin, bu, səfərdən qaynaqlanan problemdir. Hər ikisinin yüksək hərarəti var və öz otaqlarında təcrid olunublar. Sadəcə, Nayt özünü daha pis hiss edir”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlanacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/irlandiya-millisinin-iki-futbolcusu-bakida-tecrid-olunub/

Comments are closed, but trackbacks and pingbacks are open.