İşlək neft quyusundan kabel oğurlamaq istəyən şəxs yaxalanıb

İşlək neft quyusundan kabel oğurlamaq istəyən şəxs yaxalanıb


Səbail rayonu, “20-ci sahə” yaşayış massivində neft quyusundan oğurluğa cəhd olub.

“Report”un əldə etdiyi məlumata görə, gecə saat 03:40 radələrində üç nəfər “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 sayılı mədən ərazisində Elçin Əzizov küçəsində yerləşən 2776 nömrəli işlək neft quyusunun elektrik naqillərini oğurlamağa çalışıb. Onlar elektrik cərəyanından qorunmaq üçün xüsusi hazırlanmış, tutacağı plastmas, aşağı hissəsi isə metal olan alətlə elektrik paylayıcı lövhəyə müdaxilə edərkən neft obyektlərinin təhlükəsizliyini təmin edən mühafizəçilər tərəfindən aşkarlanıblar.

Oğruların ikisi qaçsa da, Astara rayon sakini Əlizadə Azər Azad oğlu mühafizəçilər tərəfindən yaxalanıb və Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə təhvil verilib.

Onların mədən ərazisində qanunsuz tikilən evlərdə yaşadığı bildirilir.

Qeyd edək ki, dəfələrlə “Bibiheybətneft” NQÇİ-nin mədən ərazilərində torpaq sahələrini zəbt etməklə qanunsuz tikilən evlərin neft hasilatı prosesinə ciddi maneələr yaratdığı bildirilmişdi.

Islək neft quyusundan kabel ogurlamaq istəyən səxs

1633745503 387 Islək neft quyusundan kabel ogurlamaq istəyən səxs

1633745503 398 Islək neft quyusundan kabel ogurlamaq istəyən səxs





Mənbə: https://report.az/hadise/islek-neft-quyusundan-kabel-ogurlamaq-isteyen-sexs-yaxalanib/

Comments are closed, but trackbacks and pingbacks are open.