İspaniyada silahlı hücum olub, xəsarət alanlar var

İspaniyada silahlı hücum olub, xəsarət alanlar var



Ispaniyada silahli hucum olub xəsarət alanlar var

İspaniyada naməlum kişi barda bıçaqla insanlara hücum edib.

“Report”un “Europa Press”ə istinadən verdiyi məlumata görə, hadisə Barakaldo şəhərində (Basklar ölkəsi) qeydə alınıb.

Qeyd edilir ki, o, əvvəlcə bıçaqla barın sahibinə hücum edib, sonra isə qarşıdurmaya müdaxilə etməyə çalışan müştərini yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Cinayətkar bundan sonra ayaqyoluda barrikada qurub.

Hadisə yerinə gələn polis əməkdaşları cəlb olunub, əraziyə yaxın küçələr mühasirəyə alınıb.





Mənbə: https://report.az/diger-olkeler/ispaniyada-silahli-hucum-olub-xesaret-alanlar-var/

Comments are closed, but trackbacks and pingbacks are open.