İstanbulda “Diaspor – Beynəlxalq Qısametrajlı Film Festivalı” keçiriləcək

İstanbulda “Diaspor - Beynəlxalq Qısametrajlı Film Festivalı” keçiriləcək



Istanbulda Diaspor Beynəlxalq Qisametrajli Film Festivali keciriləcək.jfif

Bu il 27-29 avqustda İstanbul şəhərində “Diaspor – Beynəlxalq Qısametrajlı Film Festivalı” keçiriləcək.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Festival Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Radio Televiziya Qurumunun (TRT) dəstəyi, Boğaziçi Kültür və Sənət Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdiriləcək.

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin yaydığı məlumata əsasən, ilk dəfə təşkil olunan festival kinonun, incəsənətin cəmiyyətləri birləşdirən gücünün ortaya qoyulması, eləcə də Türkiyənin və diaspor icmalarının yerləşdiyi ölkələrin mədəni və bədii həyatında perspektiv imkanların yaradılması məqsədi daşıyır.

Müsabiqənin şərtlərinə görə, müəlliflər festivala ölkələrindəki diaspor cəmiyyətlərinin həyatını real və bədii şəkildə təsvir edən qısametrajlı filmlər təqdim etməlidirlər. Ekran əsərləri multikulturalizm, birgə yaşayışın müxtəlif təzahürləri, mədəni qarşılıqlı təsir, sosial tolerantlıq, miqrasiya kimi mövzuları əhatə etməlidir.

Filmlər bu ilin 30 iyul tarixinə kimi https://www.diasporafilmfestival.com/basvuru-formu elektron ünvanına göndərilməlidir. Qalib filmlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.





Mənbə: https://report.az/incesenet-xeberleri/istanbulda-diaspor-beynelxalq-qisametrajli-film-festivali-kecirilecek/

Comments are closed, but trackbacks and pingbacks are open.