İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb



Isvecdə Azərbaycan vətəndasi itkin dusub

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb.

“Report”un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb.

O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır.

Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonunundan olan İ.Mirzəyev 10 ildən çoxdur bu ölkədə yaşayır. O, Arvikada tikinti şirkətində çalışırdı.





Mənbə: https://report.az/hadise/isvecde-azerbaycan-vetendasi-itkin-dusub/

Comments are closed, but trackbacks and pingbacks are open.