İsveçdə nələr gördüm? – Səxavət Məmmədin səfər təəssüratları – Yenicag.Az

İsveçdə nələr gördüm? – Səxavət Məmmədin səfər təəssüratları – Yenicag.Az


Minimalistlik içərisində, maksimum insan yaşamı.

İsveç Aydınlar Birliyinin “Bəşəri cinayət – Qarabağ xarabalıqları” müsabiqəsində “Öldürülmüş qəbirlər” yazısıyla iştirak ediB, müsabiqənin qalibi kimi İsveçdə səfərdə oldum. Səfər təəssüratlarını bölüşməyi özümə borc bilirəm.

Isvecdə nələr gordum – Səxavət Məmmədin səfər təəssuratlari – YenicagAz

Yəqin ki, bu yazını oxuyan bir çox insan İsveçdə olub, bir çoxlarının isə arzusudur.

Stokholmla ilk tanışlıq havada olarkən başladı. Təyyarə buludların arasında aşağı endikcə yaşıllıq və göllər göz oxşayırdı. Bir-birindən xeyli məsafədə tikilmiş, hasarsız və son dərəcə səliqəli evlər. Bunlar hələ kəndləridir.

1634752668 129 Isvecdə nələr gordum – Səxavət Məmmədin səfər təəssuratlari – YenicagAz

Stokholmdakı hava limanına enirik. İlk diqqət çəkən insanların maskasız olmasıdır. İsveç dünyada, bəlkə, yeganə ölkələrdən oldu ki, pandemiya zamanı qadağalar tətbiq etmədi. Səbəbləri də bu idi ki, qanun qadağalara icazə vermir. Bu, insan haqqları və qanunun aliliyinin təzahürü idi. Öldürücü virus belə qanundan üstün sayılmadı.

Bizi hava limanında Emin Eminbəyli qarşıladı. Günlərin qısıtlı olması və proqram çərçivəsində hərəkət etməyimiz şəhəri və cəmiyyəti özümüz öyrənməyə imkan vermirdi. Bu baxımdan da, ilk dəqiqədən sual atəşləri başladı.

1634752668 830 Isvecdə nələr gordum – Səxavət Məmmədin səfər təəssuratlari – YenicagAz

İlk diqqətimi yollar çəkdi. Son dərəcə dar idi. Bunun səbəbini soruşduqda məlum oldu ki, dar yolda sürücünün diqqəti yalnız yolda olur və bu da qəzaların sayını, həmçinin qəzalarda ölüm hallarını azaldır. Ümumiyyətlə, İsveç və isveçlilər haqqında ilk öyrəndiyim şey o oldu ki, cəmiyyət olaraq, dövlət olaraq müzakirələri sevirlər. Bir məsələyə qərar vermək üçün elə olur, bir-iki il müzakirə aparılır və nəticə sonda mükəmməl olur. İsveç soyuq iqlimə malik olduğu üçün yolların altında isitmə sistemləri quraşdırılıb. Yəni Bakıdakı kimi qar yağanda həyat dayanmır, gülməli qəzalar baş vermir.

1634752668 255 Isvecdə nələr gordum – Səxavət Məmmədin səfər təəssuratlari – YenicagAz

Ətrafda yaşıllıqdan başqa heç nə görmürsən. Şəhər mərkəzinə çatanda ilk sualım bu oldu: Bura, həqiqətən, mərkəzdir? “Bəli”, – cavabını aldım. Şəhər mərkəzi deyəndə hündür göydələnlər, səs-küy, qarışıqlıq görməyə alışmışıq, burada isə mərkəz belə meşənin içərisindədir. Stokholm şəhəri adalar üzərində yerləşir. Şəhərdə hərəkət etmək üçün çox müxtəlif vasitələrdən istfadə etmək olar. Maşın, avtobus, tramvay, velosiped, skuter, gəmilər və ürəyi istəyən piyada. Bütün bunlar üçün infrastruktur da qurulub. Hər avtomobil yolunun kənarında velosiped, skuter yolu, piyadalar üçün ayrı yol və gözdən əlillər üçün ayrı yol… maraqlıdır ki, bu bitmir. Hər kəs, hər vasitə ilə hərəkət edə bilər.

1634752668 333 Isvecdə nələr gordum – Səxavət Məmmədin səfər təəssuratlari – YenicagAz

Elə bu gün metrodan çıxarkən diqqətimi bir şey çəkdi. Eskolatordan çıxırsan və gözdən əlillər üçün bir xətt qoyulub. Bu xətti izlədim və qapıların çıxışında yol bitdi. Düşünün, bir gözdən əlil gəlir, ancaq qapının ağzında qalmaq məcburiyyətindədir. Bunu hansı ağılla çəkiblər, anlamaq mümkün deyil. Bəlkə də xaricdə belə bir şey görüblər, elə biliblər ki, nəsə bəzəkdir?! Bunun başqa adı yoxdur. Azərbaycanda nəinki gözdən əlil, ümumiyyətlə, əlil tək başına hərəkət edə bilməz, İsveçdə isə bu, son dərəcə mükəmməl düşünülüb.

Şəhərdə çoxlu sayda muzeylər, tarixi abidələr, gəzməli-görməli yerlər var. Bir anlıq düşünün, yaşıllıq görmək üçün Bakıya ən yaxın Qubaya, Qəbələyə, İsmayıllıya gedirsiniz. İsveçdə isə bunun üçün heç yerə getməyə gərək yoxdur, çünki hər yer Quba, Qəbələ, İsmayıllıdır. Şəhərin 30 faizindən çoxu parklar və yaşıllıqla əhatə olunub. Çox rahat şəkildə maral görmək imkanınız var. Bizdəki kimi heç kimin ağlına o maralı ovlamaq düşmür.

1634752669 396 Isvecdə nələr gordum – Səxavət Məmmədin səfər təəssuratlari – YenicagAz

Şəhər son dərəcə səliqəlidir. Maraqlıdır ki, bu səliqəni hansısa kafel-metlaxla, panellərlə etməyiblər. Təbiətə toxunmadan, göstərişsiz şəkildə buna nail olublar. Bir anlıq parklarımızı göz önünə gətirin, hər yer metlax, yalnız ağacların dibində torpaq görünür. Burada isə yalnız yollar, insanların hərəkət edəcəyi yerlərə daş döşənib.

İsveçlilər son dərəcə minimalistdirlər. Evlərin otaqları kiçik, tavanları alçaqdır. Yalnız lazımi vasitələri evdə saxlayarlar. Bir anlıq düşünürəm ki, yəqin, evləri isitmək üçün bu yolu seçiblər. Ancaq bu belə deyilmiş. Əsas məsələ həyatlarıdır. Göstərişli həyatdan çox yaxşı yaşamağa üstünlük verirlər. Geyimləri də həmçinin.

1634752669 295 Isvecdə nələr gordum – Səxavət Məmmədin səfər təəssuratlari – YenicagAz

Hər ölkəyə gedəndə həmin ölkənin mətbəxindən dadmaq istəyənlərin nəzərinə: İsveçdə yerli yemək axtarmayın, çünki yox kimi bir şeydir. Əvəzində hər yerdə pizza və müxəlif ölkələrin fərqli yeməklərinin dadına baxa bilərsiniz.

Stokholmda olduğumuz ilk gün cəmi bir neçə saat ərzində bunları müşahidə edə bildik. Daha sonra isə Azərbaycan-İsveç Fedrasiyasının başqan müavini Teymur Eminbəyli ilə görüşürük. Teymur bəy Azərbaycan haqqında, biz isə İsveç haqqında bir-birimizi sorğu-suala tuturuq.

Qarabağda müharibə gedərkən İsveç azərbaycanlıları da savaş içərisində olublar. Bir neçə dəfə mitinq keçirib, İsveçdəki erməni diasporası və isveçli deputatların haqqsız çıxışlarına qarşı mübarizə aparıblar.

1634752668 255 Isvecdə nələr gordum – Səxavət Məmmədin səfər təəssuratlari – YenicagAz

Sabah bizi çox ağır və maraqlı gün gözləyir, şəhəri gəzmək və daha sonra Stokholm Azərbaycan Evində İsveç azərbaycanlıları ilə görüş…

Ardı var…

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/kicik-evlerin-xosbext-insanlari-isvecde-neler-gordum-sexavet-memmedin-sefer-teessuratlari/

Comments are closed, but trackbacks and pingbacks are open.