İsveçrədə koronavirusa yoluxmada rekord qeydə alınıb

İsveçrədə koronavirusa yoluxmada rekord qeydə alınıb



Isvecrədə koronavirusa yoluxmada rekord qeydə alinib

İsveçrədə koronavirusa yoluxanların sutkalıq sayında rekord qeydə alınıb.

“Report”un məlumatın görə, ölkənin Federal Səhiyyə İdarəsindən bildirilib ki, son 24 saat ərzində 19 032 yeni COVID xəstəsi müəyyən edilib.

Bununla da pandemiya zamanı yoluxanların ümumi sayı 1 313 415 nəfərə çatıb.

Əvvəlki rekord göstərici dekabrın 28-də qeydə alınıb. O zaman həkimlər gün ərzində 13 375 yoluxma halı aşkar ediblər.

Həmçinin, son 24 saat ərzində İsveçrədə 23 nəfər koronavirusdan ölüb ki, bununla da pandemiyanın başlamasından indiyədək ölkə üzrə COVID qurbanlarının ümumi sayı 11 861 nəfərə çatıb.

Qeyd edək ki, İsveçrə oktyabrın ortalarından bəri pandemiyanın beşinci dalğasını yaşayır. Artıq koronavirusun “Omikron” ştammı ölkədə dominant ştama çevrilib.





Mənbə: https://report.az/diger-olkeler/isvecrede-koronavirusa-yoluxmada-rekord-qeyde-alinib/

Comments are closed, but trackbacks and pingbacks are open.