İtaliyada polislə nümayişçilər arasında toqquşma olub, xəsarət alanlar var

İtaliyada polislə nümayişçilər arasında toqquşma olub, xəsarət alanlar var



Italiyada polislə numayiscilər arasinda toqqusma olub xəsarət alanlar var

İtaliyanın paytaxtı Romanın mərkəzi meydanında pandemiya ilə bağlı karantin qaydalarına qarşı etiraz nümayişi keçirilib.

“Report” xəbər verir ki, bu barədə “Repubblica” qəzeti məlumat yayıb.

Etirazlar zamanı Xalq Meydanında polislə nümayişçilər arasında toqquşmalar baş verib.

Hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Toqquşmalar nəticəsində iki nümayişçi yaralanıb.

Onun sözlərinə görə, hazırda Çigi hökumət sarayının yaxınlığında olan etirazçılar polisə atəşfəşanlıq atırlar.

Ümumilikdə Romanın mərkəzində keçirilən etiraz aksiyasına təxminən 10 min adam toplaşıb. Etiraz aksiyasında ultra sağçı “New Force” (Forza nuova) partiyasının tərəfdarları da iştirak edib.

Meydanda keçirilən aksiyadan sonra etirazçılar Piazza Flaminioya doğru yürüş edərək nəqliyyatın hərəkətinə mane olublar.

Etirazlar hökumətin qərarı ilə özəl və dövlət sektorunun işçilərinin oktyabrın 15-dən etibarən məcburi COVID-19 sertifikatına malik olması ilə əlaqədardır.





Mənbə: https://report.az/diger-olkeler/italiyada-polisle-numayisciler-arasinda-toqqusma-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.