İtaliyanın tanınmış klubu D Seriyasında çıxış edəcək

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


İtaliyanın “Kyevo” klubu peşəkar statusunu itirəcək.

“Report” “Sky Sport”a istinadən xəbər verir ki, komanda bu səbəbdən B Seriyasından ayrılacaq.

İtaliya Milli Olimpiya Komitəsi klubun çempionatda iştirakına dair müraciətini rədd edib. Bu, “Kyevo”nun vergi orqanlarına borcları ilə əlaqədardır.

İtaliya Futbol Federasiyasının lisenziyalaşdırma komissiyası komandanın B Seriyasından kənarlaşdırıldığını təsdiqləyib.

Onların D Seriyasında iştirak məqsədi ilə lazımi sənədləri təqdim etdikləri bildirilib.





Mənbə: https://report.az/futbol-xeberleri/italiyanin-taninmis-klubu-d-seriyasinda-cixis-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.