İyun ayı ərzində metro necə işləyəcək? – Yenicag.Az

Metro həftəsonları işləyəcək? – AÇIQLAMA – Yenicag.Az


Metro iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək.

“Bakı Metropoliteni” QSC-dən Yenicag.az-a verilən məlumata görə, futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-a qədər metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək.

” Məlumdur ki, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək. Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək. Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.

Ümumiyyətlə, oyun günləri “Koroğlu” stansiyasında operativ qərargah fəaliyyət göstərəcək. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsinə, hərəkətin tənzimlənməsinə və digər vacib qərarların verilməsinə şərait yaradılıb. Stansiyada müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.

Gücləndirilmiş iş rejimi qaydasında çalışan metropolitendə müvafiq rəhbər və mütəxəssis heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək. Onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. Müvafiq dövlət strukturları və yarışın təşkilat komitəsi ilə sıx əlaqəli şəkildə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən “Koroğlu” stansiyasına giriş-çıxışın tənzimlənməsi təmin olunacaq. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar xəttə çıxarılmağa hazır olacaq. “Koroğlu” stansiyasında sərnişinlərin yönləndirilməsinə zərurət yaranarsa, səsucaldanlardan istifadə ediləcək.

Oyunların keçirildiyi günlərdə metropolitenin 7 stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) könüllülər fəaliyyət göstərəcək. Onlar üzərində “Ask me” yazılmış xüsusi geyimlərdə olacaq və qonaqları məlumatlandıracaq, yaranan sualların cavablandırılmasını təmin etmək üçün metropolitençilərə dəstək verəcəklər. Könüllülər sərnişinin yaddaş kitabçası, şəhər və Avropa çempionatı haqqında məlumat və digər vəsaitlərlə təmin ediləcəklər”.

Futbol bayramı ovqatının yaradılması məqsədilə stansiyalarda xüsusi plakatlar və bannerlər yerləşdirilib, monitorlarda çarxlar nümayiş olunur. Məlumdur ki, çempionatın “A” qrupunda qardaş Türkiyənin də milli futbol komandası çıxış edəcək. Komanda iyun ayının 16-sı və 20-si iki görüşünü Bakı Olimpiya Stadionunda keçirəcək. Metropoliten qardaş ölkənin futbolçularına dəstəyini də əsirgəməyəcək. “Bir millət, iki dövlət” timsalı ilə Türkiyə millisinə olan sərnişin və azarkeş marağı da xüsusi nəzərə alınıb. Mənəvi dəstəyin ifadəsi olaraq, stansiyalarda “Türkiyə, ürəyimiz səninlə döyünür!” posterləri yerləşdiriləcək.

***

Bu gündən Azərbaycanda futbol üzrə Avropa çempionatı start götürür. İyulun 11-dək davam edəcək yarış günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə çalışacaq və yarış günlərində Bakı metrosunda iş saatlarında dəyişiklik ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  məlumat verib.

O bildirib ki, bəzi günlərdə yarışlar gec saatlarda keçiriləcəyindən, tamaşaçıların mənzil başına rahat çatması üçün metroda iş saatlarının uzadılması müzakirə olunur.

B.Məmmədov həmçinin deyib ki, 12 iyun və 20 iyunda şənbə-bazar olmasına baxmayaraq, metroda sənişindaşıma dayandırılmayacaq:

“Həmçinin oyunların keçirilməsi nəzərdə tutulan digər şənbə-bazar günlərilə bağlı da müzakirələr aparılır”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcəyi açıqlanıb:

– 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
– 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
– 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
– 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/iyun-ayi-erzinde-metro-nece-isleyecek/

Comments are closed, but trackbacks and pingbacks are open.