Kənan Quluzadə: “Azərbaycan bazara yeni turizm məhsulları çıxaracaq”

Kənan Quluzadə: "Azərbaycan bazara yeni turizm məhsulları çıxaracaq"



Kənan Quluzadə Azərbaycan bazara yeni turizm məhsullari

“Bizim üçün “OTDYKH Leisure 2021” beynəlxalq sərgi-forumu çox səmərəli platformadır, burada Azərbaycanın nəinki işğaldan azad olunmuş Qarabağ, həm də başqa bölgələrinin turizm imkanlarını təqdim edə bilərik. Əcnəbilərin buna marağını görürük”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.

“Turizm sektorumuz koronavirus (COVID-19) pandemiyasından çox ziyan çəksə də, birtəhər davam gətirə bildik. Bu ilin yanvar ayına qədər turizmdə bir növ, fasilə götürdük. Əhalinin peyvəndlənməsi böyük əhəmiyyət daşıyır. Hər halda əhvalımızı pozmur, bu sahənin gələcəyinə böyük ümidlər bəsləyirik. 2023-cü ilə qədər vəziyyətin düzələcəyinə inanırıq”, – deyə o qeyd edib.

Agentlik rəsmisi həmçinin deyib ki, Azərbaycan qlobal turizm bazarında rəqabət aparmaq üçün yeni məhsullar təqdim edəcək: “Hazırda bizim bazardakı rəqiblərimiz təkcə qonşularımız deyil. Artıq başqa ölkələrin vətəndaşları üçün də hava sərhədlərinin açıldığını görürük. Bununla belə, daxili turizmi inkişaf etdirmək niyyətindəyik. Bu ildən quruculuq işlərinin görüldüyü Qarabağa da gələcəkdə həm yerli, həm də əcnəbi turistlər cəlb olunacaq”.





Mənbə: https://report.az/turizm/kenan-quluzade-azerbaycan-bazara-yeni-turizm-mehsullari-cixaracaq/

Comments are closed, but trackbacks and pingbacks are open.