Kənd təsərrüfatı nazirinin səlahiyyətləri və funksiyaları ARTIRILDI – Yenicag.Az

Kənd təsərrüfatı nazirinin səlahiyyətləri və funksiyaları ARTIRILDI – Yenicag.Az


Prezident İlham Əliyevin bu gün dəyişiklik etdiyi “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə əsasən, kənd təsərrüfatı nazirinin səlahiyyətləri artırılıb.

Yenicag.az xəbər verir ki, nazirə tabeli qurumların rəhbərləri ilə yanaşı, onların müavinlərini, struktur bölmə rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, eləcə də digər işçiləri (tabeli qurumların strukturuna daxil olmayan hüquqi şəxslərin yalnız rəhbərləri) vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti verilib.

***

rezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 20 aprel 2005-ci il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsəsən, nazirliyin funksiyaları artırılıb. Yeni funksiyalar aşağıdakılardır:

– seleksiya nailiyyətlərinin qeydiyyatını və patent mühafizəsini, habelə “Seleksiya nailiyyətləri haqqında” qanunla müəyyən edilmiş digər vəzifələri tabeliyindəki qurum vasitəsilə təşkil etmək və onların icrasına nəzarəti həyata keçirmək;

– Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən aidiyyəti işçiləri təsviri və təchizat norması Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi geyim forması və fərqlənmə nişanları ilə, habelə siyahısı nəzarət-ölçü cihazları ilə və digər xüsusi vasitələrlə təmin etmək.

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/kend-teserrufati-nazirinin-selahiyyetleri-ve-funksiyalari-artirildi/

Comments are closed, but trackbacks and pingbacks are open.