Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin say həddi azaldılıb

Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin say həddi azaldılıb



Kənd Təsərrufati Nazirliyinin iscilərinin say həddi azaldilib

Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi” və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” 14 iyul 2010-cu il 14 iyul tarixli sərəncamında dəyişiklik edilməsi barədə” 3 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.

“Report” xəbər verir ki, dövlət başçısı bu məqsədlə yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, nazirliyin işçilərinin say həddi 207-dən 202-yə endirilib, əvəzində nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin işçilərinin say həddi 49-dan 57-yə qaldırılıb.





Mənbə: https://report.az/ask/kend-teserrufati-nazirliyinin-iscilerinin-sayi-heddi-azaldilib/

Comments are closed, but trackbacks and pingbacks are open.