Kabildə partlayış baş verib, şəhər elektriksiz qalıb

Kabildə partlayış baş verib, şəhər elektriksiz qalıb



Kabildə partlayis bas verib səhər elektriksiz qalib

Əfqanıstanın paytaxtı Kabildə yarımstansiyada baş verən partlayış nəticəsində şəhər daxil olmaqla ətraf əyalətlər elektriksiz qalıb.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstan Enerji Korporasiyası məlumat yayıb.

Şirkətdən verilən açıqlamada deyilir ki, Kala Muradbek yarımstansiyasında baş verən partlayış elektrik xəttinə ziyan vurub.

Korporasiyanın texniki heyəti hazırda qəza yerindədir və vəziyyət imkan verən kimi xəttin bərpası işlərinə başlayacaqlar.





Mənbə: https://report.az/diger-olkeler/kabilde-partlayis-bas-verib-seher-elektriksiz-qalib/

Comments are closed, but trackbacks and pingbacks are open.