Kaliforniyada 893 bina tamamilə yanıb

Kaliforniyada 893 bina tamamilə yanıb



Kaliforniyada 893 bina tamamilə yanib

ABŞ-ın Kaliforniya ştatında “Diksi” adlandırılan yanğın iyul ayının ortalarından bəri 954 binanı məhv edib və ya ciddi xəsarət yetirib.

“Report” xəbər verir ki, bu barədə ştatın yanğınsöndürmə xidməti məlumat yayıb.

Qeyd olunub ki, 893 bina tamamilə yanıb, daha 61 bina zərər görüb. Bildirilib ki, “Diksi” təxminən dörd həftə ərzində 197 000 hektar meşə ərazisini əhatə edərək Kaliforniyadakı ən böyük, ştatda qeydə alınan ikinci böyük meşə yanğını olub. Ötən il yanğınsöndürənlər yanğının yalnız 25% -ni lokallaşdırmağı bacarmışdılar.

“CNN”in məlumatına görə, təxminən 16 min bina təhlükə altındadır. Ümumilikdə, ştatda 11 böyük meşə yanğını ocağı qeydə alınıb, onları söndürmək üçün 9 600 adam səfərbər edilib. Son məlumata əsasən 12 min sakinin təxliyə edilməsi barədə göstəriş verilib.

Meteoroloqlar bu həftə yağış gözləmirlər, ancaq keçən həftə yanğının sürətlə yayılmasına səbəb olan küləklər səngiyəcək.





Mənbə: https://report.az/diger-olkeler/kaliforniyada-893-bina-tamamile-yanib/

Comments are closed, but trackbacks and pingbacks are open.