Kanadada 18 yaşdan yuxarı vətəndaşlar 3-cü doza peyvənd olunacaq

Kanadada 18 yaşdan yuxarı vətəndaşlar 3-cü doza peyvənd olunacaq



Kanadada 18 yasdan yuxari vətəndaslar 3 cu doza peyvənd olunacaq

Kanadanın Səhiyyə Nazirliyi 18 yaşdan yuxarı insanlar üçün “Pfizer/BioNTech” koronavirus peyvəndinin gücləndirici dozasının istifadəsinə icazə verib.

“Report”un xəbərinə görə, bu barədə CBC telekanalı məlumat yayıb.

Oktyabrın sonunda Kanada İmmunlaşdırma üzrə Milli Məsləhət Komitəsi (NACI) yalnız yüksək risk altında olanlar, xüsusən 70 yaşdan yuxarı insanlar və tibb işçiləri üçün gücləndirici doza tövsiyə edib.

Kanadada pandemiya dövründə COVID-19-a 1,74 milyondan çox yoluxma aşkar edilib, 29 minə yaxın insan ölüb.





Mənbə: https://report.az/diger-olkeler/kanadada-18-yasindan-yuxari-sexsler-3-cu-doza-peyvend-olunacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.