Kanadada 6,5 maqnitudla zəlzələ olub

Kanadada 6,5 maqnitudla zəlzələ olub



Kanadada 65 maqnitudla zəlzələ olub

Kanadada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” ABŞ-ın Geologiya Xidmətinə istinadən bildirib.

Məlumata görə, zəlzələ 6,5 maqnitudada Kitimatdan (Britaniya Kolumbiyasının dairəsi) 164 kilometr cənub-şərqdə baş verib.

Seysmoloqların informasiyasına əsasən, zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib.

Hələlik tələfat və ya dağıntı barədə məlumat yoxdur.





Mənbə: https://report.az/diger-olkeler/kanadada-6-5-maqnitudla-zelzele-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.