Kanadada yeni hökumət yaxın günlərdə qurulacaq

Kanadada yeni hökumət yaxın günlərdə qurulacaq



Kanadada yeni hokumət yaxin gunlərdə qurulacaq

Kanadanın baş naziri Castin Trüdo oktyabr ayında yeni hökumət quracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazir özü jurnalistlərə açıqlamasında bildirib.

Trüdo qeyd edib ki, artıq vitse-prezident və maliyyə naziri vəzifələrini tutacaq şəxslərin adı məlumdur.

Qeyd edək ki, sentyabrın 20-də Kanadada növbədənkənar parlament seçkiləri keçirilib. Liberal Partiya parlamentin aşağı palatasında 338 mandatdan 159-nu qazanıb ki, bu da Trüdoya baş nazir postunu saxlamağa imkan yaradıb.





Mənbə: https://report.az/diger-olkeler/kanadada-yeni-hokumet-oktyabrin-5-de-qurulacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.