Karlovı Varı Film Festivalı ertələndi

Karlovı Varı Film Festivalı ertələndi


Bu il iyulun əvvəlində Çexiyada keçirilməsi planlaşdırılan 56-cı Karlovı Varı Beynəlxalq Film Festivalının vaxtı dəyişdirilib.

Axşam.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb ölkədə vaksinasiya prosesinin əhəmiyyətli dərəcədə irəliləməməsi olub.

Təşkilatçılar kinofestivalın 20-28 avqust tarixlərində keçiriləcəyini qeyd ediblər.

Xatırladaq ki, Karlovı Varı Beynəlxalq Film Festivalı ötən il onlayn formada keçirilmişdi.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=131898

Comments are closed, but trackbacks and pingbacks are open.