Karyerasını bitirən Kamran Ağayev: “Futbolda elə şeylər gördüm ki…”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Artıq futbolçu karyeramı bitirdim”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev deyib.

36 yaşlı veteran qolkiper son olaraq çıxış etdiyi “Səbail” klubunun rəhbərliyi ilə görüşdən sonra bu qərarı qəbul etdiyini bildirib. O, futbolla vidalaşmağın ağır olduğunu söyləyib: “Sadəcə, karyeramı bitirməyimi elə təqdim edirlər ki, sanki 25 il futbolda olmamışam. Mən futbol oynamışam, sürünməmişəm. Heç vaxt kin saxlamaram. Amma Azərbaycan futbolunda elə şeylər gördüm ki, deyiləsi deyil”.

Ağayev futboldan getməsində zədələrin də həlledici olduğunu vurğulayıb: “Hər yerim dəmir-dümürdür. Bir dəfə avtomobil qəzasına düşməmişəm, məhəllədə yıxılmamışam, heç vaxt döyülməmişəm. Mənə nə olubsa, futbolda olub. Sağlamlığımı vermişəm. Deyirlər ki, Canluici Buffonun 44 yaşı var, hələ də oynayır. Oynamaq olar, gərək zədələnməyəsən. 2 il futboldan kənarda qaldım. Əlim birləşmirdi. Sağalandan sonra futbola qayıtdım. 6-7 kq artıq çəki ilə oynayırdım, iki dəfə turun ən yaxşısı seçildim. Bu, mənim yox, Allahın gücü, istedadı idi ki, meydana çıxırdım. Hər şeyi Allah edib, mən yalnız sima olmuşam. Söz götürən olmamışam. Nə qədər imtina etməyə çalışsam da, qarşımda yeni yol açılıb”.

Qolkiper aşağı yaş qrupları üzrə yığmalardan birincə çalışacağı ilə bağlı iddialara da aydınlıq gətirib: “Gərək, ortada real bir şey olsun ki, danışasan. Kənardan çox söz deyə bilərlər”.

Ağayev “Səbail”in sizə borcu qalıb” sualına isə bu cür cavab verib: “Mən klubdan pul alırdəm ki? (gülür)”.

Qeyd edək ki, Kamran Ağayev 2020-ci ilin avqustunda “Səbail”lə müqavilə imzalayıb. Təcrübəli oyunçu 2008 – 2018-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.





Mənbə: https://report.az/futbol-xeberleri/karyerasini-bitiren-kamran-agayev-futbolda-ele-seyler-gordum-ki/

Comments are closed, but trackbacks and pingbacks are open.